Nuru Nuriyev vəzifəsindən azad edilib – ƏMR İMZALANIB

14-01-2024, 10:27           
Nuru Nuriyev vəzifəsindən azad edilib – ƏMR İMZALANIB
“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Nuru Nuriyev vəzifəsindən azad edilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Vüqar Qurbanovun digər əmri ilə bu vəzifəyə Qarabağ qazisi, ehtiyatda olan tibb kapitanı İbrahimov İntiqam Əhmədiyə oğlu gətirilib. O, həm də xəstəxananın direktor müavini – baş həkimidir.

Qeyd edək ki, 2021-ci ilin aprel ayında “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Nuriyev Nuru İbad oğlu rüşvət almaqda təqsirləndirili bilinərək, müvəqqəti vəzifəsindən kənarlaşdırılımışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru