Yasamalda buz bağlayan yollar sakinlərə çətinlik yaşadıb - VİDEO
15-01-2024, 15:05
Qarın yağması nəticəsində Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsinda yollar iflic olub.
Belə ki, aidiyyəti qurumların yollarda qarı təmizləməməsi səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb.
Həmçinin, ictimai nəqliyyatın gediş-gəlişində problem yarandığı üçün vətəndaşlar yolu sürüşərək qət etməli olublar. Onların sözlərinə görə, küçəyə nə duz, nədə ki qum səpilib.