Neftqazelmitədqiqatlayihə insititutunun həyəti "strateji əhəmiyyətli " obyektdir? - Security Opereyşin Services MMC(SOS) rəisinə suallar...

17-01-2024, 08:27           
Neftqazelmitədqiqatlayihə insititutunun həyəti  "strateji əhəmiyyətli " obyektdir? -
Şikayət☝️
Security Opereyşin Services MMC(SOS) rəhbəri cənab Anar Məmmədov:
Bir neçə gün əvvəl SOCAR Neftqazelmitədqiqatlayihə insititutunun 3 nəfər xanım işçisi institutun qarlı həyətində şəkil çəkdirmək istədilər.Bu zaman institutun mühafizə xidmətində çalışan Muradov Elcin şəkil çəkən xanıma yanaşıb, telefonu onun əlindən almağa cəhd edib. Səbəbini isə ;institutun həyətinin "strateji əhəmiyyətli " obyekt olması ilə izah edib(????) Və xanımın rəfiqələri ilə birlikdən çəkdirdiyi həmin şəkli silməyə məcbur edib.Başqa xanım səbəbini soruşub,bu halın onun vəzifə səlahiyyətinə ,təlimata aid olub olmamasını, xəbər alib.Cavabında mühafizəçi xanımı nalayiq söyüşlərlə təhqir edib.( xanımın bəxti gətirib ki,mühafizəçi onu döyməyib). Xanım institut rəhbərliyinə şikayət etsə də hələlik mühafizəçinin xətrinə dəyən olmayıb.Yəqin qorxurlar ki,söyüşlərin ardı onlara da çatar. Hikkəli mühafizəçi xanımı məhkəməyə verəcəyi ilə hədələyir? (????)
Cənab rəis bilmək istərdim:
-Ərköyün,hikkəli, qadını təhqir edən, onu aşağılayan cəzasız qalmış İşçinizdə İnstitut həyətinin "strateji əhəmiyyətli" obyekt olub olmaması haqqında hansısa bir sənəd varmı?
-Strateji əhəmiyyətli obyektlərin siyahisini Nazirlər Kabineti təsdir edir.Həmin siyahi sizdə varmı.Və orada layihə institunun həyəti qeyd olunubmu.?
-İdarənizdə "işçilərin etik davranış qaydaları " haqqında sənəd varmı? İşçiniz bu sənədlə tanışdırmı?
-Qadının əlindən zorla telefon almağa cəhd etməyə, alınmadıqda ona rəfiqələri ilə birlikdə çəkdirdiyi şəkli sildirməyə cəhd etməsi hansı qanunla tənzimlənir?
-Qadının şərəf və ləyaqətini aşağılayan,nalayiq söyüşlərlə təhqir edən kişi işçi niyə cəzalanmayıb?Niyə xanımdan üzür
istəməyib?
-İnstitut öz işçisinə qarşı nalayiq söyüşlər söyən işçini niyə öz ərazisində hələ də xidmət etməyə icazə verir?
-Gözləyirsiniz ki, cəzasız qalan hikkəli kişi işçi gələn dəfə kimi isə döysün?
Qeyd: İnstitut işçisinə (qadına☝️) qarşı nalayiq söyüşlər ,təhqir yağdıran , mühafizəçini (kişini)hələ də onun xidmət etdiyi əraziyə buraxırsa, işçisinin hüququnu müdafiə etmirsə, NHMT İB xanımların müdafiəsini öz üzərinə götürməyə hazırdır.
Mirvari Gahramanli
Bu sualları bizdə Security Opereyşin Services MMC(SOS) rəhbəri cənab Anar Məmmədova çatdırmaq istəsəkdə əlaqə yarada bilmədik. Lakin səhifəmiz hamının üzünə açıqdır və hörmətli Anar müəllimində cavabını dərc edə bilərik!
TEREF: Xocanın Blogu.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.