AZAL-ın Gürcüstan bazarındakı payı açıqlanıb

17-01-2024, 08:18           
AZAL-ın Gürcüstan bazarındakı payı açıqlanıb
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2023-cü ildə Gürcüstan bazarında sərnişin axınına görə ilk beş şirkətə daxil olub.

“Report” “News Georgia” nəşrinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan aviaşirkəti 324 044 sərnişin daşıyıb.

Bazarda mütləq lider Macarıstanın “Wizz Air” şirkətidir, onun ardınca “Türk Hava Yolları” əhəmiyyətli fərqlə ikinci, Türkiyənin aşağı büdcəli “Pegasus” aviaşirkəti isə ilk üçlüyü qapayır.

Gürcüstanda fəaliyyət göstərən ilk on aviaşirkət / 2023-cü ildə bazar payı və daşınan sərnişinlərin sayı:

Wizz Air (Macarıstan) – 21% (1.270.737 sərnişin);

Türk Hava Yolları – 11% (627 078 sərnişin);

Pegasus (Türkiyə) – 7% (423 655 sərnişin);

Georgian Airways – 5% (326 873 sərnişin);

AZAL – 5% (324 044 sərnişin);

Fly Dubai (BƏƏ) – 4% (218 433 sərnişin);

El Al Israil – 3% (202,469 sərnişin);

Belavia (Belarus) – 3% (184 117 sərnişin);

Israir (İsrail) – 3% (182 941 sərnişin);

Air Arabia (BƏƏ) – 3% (155 303 sərnişin).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru