2,7 milyon borcu var, ölkədən çıxışına "stop" qoyulur - Arif Qasımovu "Park City" ilə nə bağlayır?

17-01-2024, 18:13           
2,7 milyon borcu var, ölkədən çıxışına "stop" qoyulur -
Nizami rayon İcra Hakimiyyətinin keçmiş başçısı Arif Qasımova bağlı olan şirkətin rəhbərinin ölkədən çıxışına "stop" qoyula bilər.

Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Park City" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərliyi barəsində məhkəməyə müraciət edilib.

2017-ci ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 100 manat olan "Park City" tikinti şirkətinin hazırda vergi borcu 2. 780.034.39 manatdır.

Şirkətin ilk qanuni təmsilçisi Dadaşov Zaur Dadaş oğlu olub. Hazırda isə qanuni təmsilçi Nəsirli Azad Cəlil oğludur.

Dövlət Vergi Xidmətinin şikayəti Bakı Apellyasiya Məhkəməsinə yönəldilib. İşə hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, şirkətin naxçıvanlı bir iş adamına məxsus olması ilə yanaşı, keçmiş başçısı Arif Qasımovun da "Park City"də payı olduğu deyilir. Xəbər heç vaxt təkzib edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru