“NBC Bank” borcunu ödəyə bilməyən müştəriləri polisə verdi

3-08-2016, 15:30           
“NBC Bank” borcunu ödəyə bilməyən müştəriləri polisə verdi
Bank kredit borcunu ödəyə bilməyən müştəriləri polisə verdi.
“NBCBank” kredit ödənişini gecikdirən müştərilərlə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib.
Bu barədə “Antikollektor”un rəhbəri, hüquqşünas Əkrəm Həsənov saytına məlumat verib. Hüquqşünas bildirib ki, yaxın mənbələrə görə, artıq kredit borclarını ödəyə bilməyən müştərilər polis idarələrinə çağırılır.
Əkrəm Həsənov onu da qeyd etdi ki, kredit borclarına görə bank polis idarəsinə deyil, məhkəməyə müraciət etməlidir: “İlkin olaraq, adı çəkilən bank məhkəməyə müraciət etməlidir. Məhkəmənin qərarı nə olursa-olsun, heç bir halda kredit borcu olan şəxslər barədə polisə şikayət etmək hüquqi baxımdan doğru deyil.”
Məsələ ilə bağlı “NBCBank”la əlaqə saxladıq. Bankın nümayəndəsi Leyla Dərgahova bildirdi ki, bu yalnış xəbərdir: “Kredit borcu olan şəxslərlə bağlı lazımı tədbirlər görülür.”
Onu da qeyd edək ki, “NBCBank”ın problemli kreditlərlə bağlı polisə mürəciət etməsi xəbəri son iki gün ərzində müxtəlif mənbələrdən saytımıza daxil olub. Məsələni diqqətdə saxlayacağıq.
///Qaynarinfo.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru