Qəbizliyin müalicəsi portağal qabığındadır

13-02-2024, 12:54           
Qəbizliyin müalicəsi portağal qabığındadır
İnsanın gündəlik həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edən qəbizliyin dərmanı portağal qabığında imiş. Portağal qabığını bu şəkildə istehlak etdikdən sonra bağırsaqlarınız çox yaxşı işləyəcək. Foodinfo.az-ın məlumatına görə, qəbizlik müxtəlif fizioloji və psixoloji vəziyyətlərdən qaynaqlana bilər. Bir çox insan qəbizlik yaşayır, bunun səbəbi pəhriz dəyişiklikləri də ola bilər, lakin bu müvəqqətidir. Uzun müddət davam edirsə və tez-tez təkrarlanırsa, bu zaman narahat olmaq lazımdır. Pis qidalanma və lifi az olan pəhrizlər qəbizliyin ən çox görülən səbəbləridi.
Lif bağırsaq hərəkətlərini asan və nizamlı etməyə kömək edir. Yetərsiz fiziki fəaliyyət və hormonal dəyişikliklər, həmçinin hamiləlik dövrü də qəbizliyə səbəb olur. Narahatlıq, depressiya və digər emosional vəziyyətlər də bəzən qəbizliyə səbəb ola bilər.Qəbizliyi müalicə etmək üçün çoxlu resept və dərmanlar olsa da, təbii üsullar həmişə təsirli və sağlam bir həll olmuşdur. Bunlardan biri portağal qabığıdır. Portağalın özü sağlamlığımız üçün çoxlu faydalar təqdim etməklə yanaşı, qabığının da bir sıra faydaları var. Portağal qabığı tərkibindəki lif və digər qida maddələri ilə həzm sistemi sağlamlığını dəstəkləyən və xüsusilə qəbizlik kimi problemləri yüngülləşdirən təbii bir həlldir.
Portağal qabığı xüsusilə pektin adlanan həll olunan liflə zəngindir. Pektin su ilə qarışdıqda gel kimi bir maddə əmələ gətirərək nəcisin yumşalmasına və asanlıqla keçməsinə kömək edir.Bundan əlavə portağal qabığı tərkibindəki antioksidanlar sayəsində bağırsaq sağlamlığını dəstəkləyir. Həm də iltihabı azaldır. Lifdən başqa portağal qabığında C vitamini və digər vitamin və minerallar da var.Portağal qabığını belə istifadə edin: Əvvəlcə portağalı qabığı ilə birlikdə nazik dilimlərə kəsin. Sonra 1 xörək qaşığı darçını dilimlədiyiniz portağalın hər yerinə səpin. Portağalı belə yedikdən sonra bir stəkan su için.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.