"Heydər bəy Naxçıvanda olan işsizlik pik həddədir..."

25-02-2024, 09:47           
"Heydər bəy Naxçıvanda olan işsizlik pik həddədir..."
“Canişin” əfəndi, bunu mən demirəm ha, məlum qonşumuz kimi tez telefona sarılıb ona-buna zəng edərək mənasız-mənasız şikayətlərinizlə beyinləri dəng edəsiniz. Bunu Naxçıvanda yaşayan sadə bir vətəndaş deyir.
Deyir ki, dünya xəlq ediləndən hərəyə bir işi qismət olub. Kimisi patronundan pul alıb başqasının üzünə durur. Bir başqası isə xaricdən ölkəyə çağırdığı qonaqların tualet kağızını yeyir. Digəri kimlərinsə sifarişini yerinə yetirib ədalətsiz məhkəmə hökmü çıxarıb pul qazanır və s. və ilaxır.
Bir də dünyada öz alın təri, vicdanı, namusu ilə qazanıb ailəsini dolandıran zümrə var. Bu zümrəyə daxil olanlar qış deməz, yay deməz, gün boyu qarnının üstündə kubik, əlində vedrə-vedrə palçıq daşıyıb, ilk növbədə haram yeyənlərin daldalanacağı binaları ucaldırlar. Bəzən haramxorlar onların əməyini istismar etməklə qalmır, hətta görülən işləri sənədlərdə 10 qat şiridib, dövlətə də fırıldaq gəlirlər. Nəticədə bu zümrənin insanları 1 qazananda, onların əməyini istismar edib dövlətə fırıldaq gələnlər 10-15-20 qazanırlar. (yəni, məqsəd pul qazanmaqdırsa, o pulu tualet kağızı yemədən də əldə etmək olar).
İnsanlığın ən çox istismara məruz qalan bu zümrəsinin adı Marks demişkən, fəhlə sinfidir. Di gəl ki, Naxçıvanda il yarımdır tikinti işləri dayandığından və hökumət diqqətini daha çox tualet kağızı ilə pul qazanmağa sərf etdiyindən bu zümrənin insanları acından ölürlər. Vətəndaş deyir ki, çox belə davam etsə, sosial partlayış qaçılmaz olacaq.
Məncə, hər ehtimala qarşı vətəndaşın bu həyəcan siqnalını dinləsəniz, yaxşıdır. Yox əgər, Mirzə Ələkbər Sabir kimi, siz də
"Fələ, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!", - deyəcəksinizsə, yenə öz işinizdir. Məndən bir qasid kimi mesajı sizə çatdırması, qalanını siz bilərsiniz, bir də fəhlə sinfi.

Heydər Oğuz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.