Amerikanın hədələri: Səfir Türkiyə XİN-nə çağrılmalıdır -ŞƏRH

27-02-2024, 18:28           
Amerikanın hədələri: Səfir Türkiyə XİN-nə çağrılmalıdır -ŞƏRH
ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğunun diplomatları türk şirkətlərinə və maliyyə qurumlarına baş çəkir və onları Rusiya ilə ticarət əlaqələri saxladıqları üçün hədələyirlər.
Bu barədə “Aydınlıq” qəzeti mənbələrə istinadla məlumat verib.
Qəzetə açıqlama verən şirkətlərdən birinin əməkdaşı bildirib ki, ABŞ rəsmiləri onları qapı-qapı gəzərək və ya birbaşa ABŞ səfirliyinə dəvət etməklə hədələyiblər.
Mənbənin sözlərinə görə, bu məmurlardan biri ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun ixraca nəzarət üzrə mütəxəssisi Gülin Kan Yükseltandır.

Mövzu ilə bağlı “Sherg.az”a danışan türk siyasətçi və yazar Aydın Sezer söyləyib ki, Amerika və Avropa Birliyinin Rusiyaya yönəlmiş ayrı-ayrı ticarət qadağaları var:
“Bəzi məhsulların Rusiyaya satılmasını istəmirlər. Bunların sırasında ən önəmlisi hərbi sanaye, həmçinin mülki şəxslərin də istifadə etdikləri məhsullardır. Eyni zamanda sanaye məhsulları içərisində hərbi texnika istehsalında istifadə ediliən məhsulların da Rusiyaya ixracı tamamilə qadağandır. Amerika Birləşmiş Ştatları dekabr ayında sanksiya əmri ilə əlaqədar qərar qəbul edib. Qərara əsasən bu məhsulları Rusiyaya satan şirkətlərin pul köçürməsinə vasitəçilik edən banklar da sanksiyaya məruz qalacaq. Həmin qərar çıxdıqdan sonra bəzi türk bankları Rusiya ilə ticarətdə məhdudiyyətlər tətbiq etməyə başladılar. Çünki Amerikanın sanksiya siyahasına daxil olmaq istəmədilər. Bu gün Çin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri də Rusiya ilə ticarətə diqqət edirlər. Avropa və Qərbdən Rusiyaya tranzit ticarətdə Türkiyə çox önəmli ölkədir. Yəni Rusiyaya satılması qadağan olan məhsulları Türkiyə xarici ticarət yoluyla Avropa və Amerikadan re-export edərək Moskvaya göndərir. Amerika isə bunu əngəlləməyə çalışır və şirkətləri bir-bir aşkar edə bilmədiyi üçün banklar üzərində təzyiq göstərir”.

Ekspert Amerikanın Türkiyədə uzun zamandır bu cür fəaliyyətlər həyata keçirdiyini vurğulayıb:
“ABŞ rəsmilərinin şirkətləri qapı-qapı gəzməsi tamamilə diplomatik əlaqələrə ziddir. Bu Türkiyənin suverenlik haqlarının pozulmsıdır. Əgər xəbər doğrudursa, Türkiyənin Amerika səfirini Türkiyə Xarici İşlər Nazirliyinə çağırması zəruridir. ABŞ-nin Türkiyədə belə fəailiyyət göstərməsi qətiyyət qəbul edilə bilməz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.