Yaşıl Dünya Naminə Həmrəylik İli Binəqədinin Sulutəpə qəsəbəsində hiss edilmir - Fotofakt

3-04-2024, 16:30           
Yaşıl Dünya Naminə Həmrəylik İli Binəqədinin  Sulutəpə qəsəbəsində hiss edilmir - Fotofakt
Şəkildə gördüyünüz fotoları Azadmedia.az-a Binəqədi rayonu Sulutəpə Çiçək Qəsəbə sakinləri göndərib. Sakinlər bildirir ki, bir neçə gündür zibil daşıyan texnika xarab olub. Balaca texnika ilə gəlib zibil qutularının ətrafını təmizləyib köhnə KAMAz maşınına yükləyirlər, zibil qutularına toxunmurlar. Qısaca, hesabat xarakterli başdansovdu iş görürlər. Fotolar zibil daşınandan sonra çəkilib. Daşınmış vəziyyət budursa, təsəvvür edin günün digər vaxrları ərazi hansı vəziyyətdədir.
Saytımız vasitəsilə Binəqədi Rayon İcra Hakimiyyətindəki səlahiyyətli nümayəndələrinə çatdırmaq istəyirəm ki, cənab Prezident 2024-cü ili Yaşıl Dünya Naminə Həmrəylik İli edib. Məqsəd ekologiyaya tövhə verməkdir.
Payızda da ölkəmiz çox nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək. BMT-nin yüksək etimadı ilə Bakıda keçiriləcək COP29-un da keçirilməsində məqsəd ekoloji tarazlığı qorumağın həllinə birgə çalışmaqdı. Siz də qəsəbəni adındakı Çiçək kimi saxlamaqla ilimizin adına tövhənizi verin.
Elnurə Abuşova
AzadMedia.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru