Jurnalistlər niyə ac qaldı və ya ehsan belə olmur.? - Jurnalist eksperementi...
23-04-2024, 16:06
Redaksiyamız yerləşən ofisin qarşısında bir Mərasim Evi var. Hər gün qarşısında bahalı maşınlar saxlayır. Görünür ki, orada yas məclisini hər kəs keçirə bilməz, bunun üçün maddi imkanın yüksək olmalıdır. Mərasim Evinin nüfuzlu bir deputata məxsus olduğu bildilir. Allah daha da nüfuzlu eləsin. Pəncərədən yas məclisinə gələnləri seyr edərkən belə bir fikir gəldi ağlıma – görəsən, o məclisə gələnlərin bu ləziz təamları dadmağa ehtiyacı varmı? Ehsan budurmu? Sən demə, fikirləri uca səslə demişəm. Qəzetçilik məktəbi keçən canavarlar – Vidadi Məmmədov və Bahar Rustemlinin anındaca qəzetçilik damarı tutdu. Elə bil 90-cı illərə qayıtdılar. “Bu dəqiqə suala cavab taparıq. Bakuş, getdik” – deyən Vidadi ildırım sürəti ilə Mərasim Evinə doğru qaçdı. Bahar da ardınca. İki köhnə qəzetçi kiçik bir eksprement apardı. Köhnə jurnalistlər üçün peşəkar yanaşmada “ayıbdır” əngəli olmur. İki qoca canavar bir anın içində Mərasim Evini bir-birinə qatdı. Müdürə “biz sizinlə qonşuyuq, acıq, ehsan süfrəsi də hamı üçün açıq olmalıdır. Bizə də ehsan verin. Allah əvəzini versin” deyəndən və bu dəqiqə sizə ehsan göndərərik vədi alandan sonra redaksiyaya qayıtdılar. Gözlədik. Ehsan gəlmədi. Əslində, ac deyildik, doyunca dönər yemişdik. Məqsədimiz ehsan süfrəsinin mahiyyətinin anlaşılmamasını sübut etmək idi. Heç bir müsəlman ölkəsində yas mərasiminə gedib – “acam, yemək ver” deyəni geri çevirməzlər. Ehsan belə olmur. Yaxud belə ehsan olmur...
Азər Rəşidoğlu
TEREF