9-cu dəfə qazinin şikayəti təmin edilməyib - FOTO/SƏBƏB

25-04-2024, 13:08           
9-cu dəfə qazinin şikayəti təmin edilməyib - FOTO/SƏBƏB
Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Hüseynov üçlüyü 9-cu dəfə qazinin şikayətini təmin etməyib

Hakim(lər)ə etiraz hüququ Məcəllədən çıxarılıb?

Bakı Apellyasiya Məhkəməsinin (Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusufov) 1-ci dərəcəli Qarabağ qazisinə qarşı qərəzi, vicdansız davranışı son bir özbaşınalıq həddinə çatıb. Vicdansızlığa, qərəzə baxın, iddiaçı 1-ci dərəcəli əlilə dövlət hesablna vəkil ayrılmasından tərəflərin hüquq bərabərliyinin pozulacağı “əsası” ilə imtina edilir. Halbuki qarşı tərəf - DİN dövlət hesabına etibarnaməsi və müqaviləsi olmayan ( VK-nın vəzifəli şəxsi , DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun məhkəməyə göndərdiyi) Orxan Qılman oğlu Babayevlə, DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı DSMF-də Konstitusiyaya zidd yaradılan, işdə prosessual hüquq qabiliyyəti olmayan Məhkəmə Filialı- 39 saylı vəkil bürosu ilə təmsil olunub. Tərəflərin hüquq bərabərliyini “pozmayan” məhkəmə özü də qarşı tərəfin vəkili rolunda çıxış etmirmi? Əlbəttə edir, elə ona görə də heç kassasiya şikayəti verməyə dövlət hesabına vəkil də ayırmır ki, HÜQUQDAN SUİ- İSTİFADƏdir. Vicdansızlığa, qərəzə baxın, konstitusion məhkəmə təminatı, hüquqi yardım almaq hüququ HÜQUQDAN SUİ-İSTİFADƏ kimi aktlaşdırılıb. Özü də Ali Məhkəmə ( Nigar Rəsulbəyova, İlqar Hüseynov, Kəmaləddin Bədəlov) də aşağı instansiyanın “ hüquqdan sui-istifadə” mövqeyi ilə razılaşaraq qüvvədə saxlayıb. (??) İndi 1-ci dərəcəli Qarabağ qazisi Konstitusiya Məhkəməsinə Konstitusiyanın 130-cu maddəsinin V hissəsi əsasında şikayət verməyi fikirləşir. Qıraqdan sifariş olmasa, vicdansız davranışa, qərəzə son qoyulacağını Konstitusiyanın özü diktə edir.

Bu arada Bakı Apellyasiya Məhkəməsindən eyni məhkəmə tərkibinin ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov) eyni işə 23.04.2024-cü ildə baxacağına bildiriş alan kimi Qarabağ əlili məhkəmə tərkibinə etirazını təqdim edib. Etiraz məhkəmə tərkibinin eyni işə təkrar baxmasının yolverilməzliyi ( “ Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı maddəsi), hər 3 hakimin 8 dəfə , Cahangir Yusifovun isə 9 dəfə məhkəmə , yardım hüququnu sui-istifadə sayması qərəzi , vicdansızlığı ilə əsaslandırılıb. Prosessual qanunveriliyin tələbinə görə , hakimə, məhkəmə tərkibinə etiraza mütləq cavab verilməlidir. Di gəl, Bakı Apellyasiya Məhkəməsinin sözügedən heyəti indiyədək etiraz haqqında vəsatətə nəinki baxıb, heç reaksiya verməyib. Bu isə ciddi qanun pozuntusudur, prosessual hüquqa saymazlıqdır. Etiraz hüququ məhkəmə təcrübəsi vahidliyinin əsas prinsiplərindəndir. Ali Məhkəmə Plenumunun 24.11.2005 tarixli 3 saylı “ Hakimə ( məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarının 5.2 bəndində doğrulanıb ki, “konkret əsaslar olduqda TELEQRAMLAR və RABİTƏ vasitəsi ilə daxil olan digər sənədlər etirazın əsası kimi qəbul edilə bilər”. 6-cı bənddə etirazın məhkəməyə daxil olduqdan sonra dərhal baxılması və uyğun qərar qəbul edilməsi yazılıb. 9.1 -1 bəndində isə “ elektron məhkəmə” sistemi vasitəsilə etiraz hüququnun həyata keçirilməsi vurğulanıb.

Qanunun tələbini sadalamağımız Sərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov üçlüyünün 9-cu dəfə hüquqa qadağa qoymasını , 23.04.2024-cü ildə etiraza baxmadan yekun məhkəmə aktı qəbul etməsi özbaşınalığını diqqətə çatdırmaqdan yanadır. “Doqquzqat qərəz” hakimliyinə, məhkəməyə inamsızlığa Ali Məhkəmə son qoya biləcəkmi?

P.S. imzalayandan sonra Ali Məhkəmədən məktub gəldi ki, İnzibati Kollegiyanın sədrinin növbəti qəbuluna qeydiyyata alınmısınız, əlavə məlumat veriləcək.

Paradoksdur, yoxsa ironiya, iddiaçı 1- ci dərəcəli Qarabağ qazisi Bakı Apellyasiya Məhkəməsinin eyni heyətinin 9-cu dəfə eyni işə təyin edilməsi özbaşınalığından ali instansiyaya şikayət edir və eyni gündə- 23.04.2024-cü ildə Ali Məhkəmədən qəbul olunacağı, “e-məhkəmə” sistemindən eyni heyətin yekun akt çıxarması haqqında məlumat alır. Ali Məhkəmə “daldan atılan daş” ilə qərəzli, vicdansız kollegiyanın hakim vəzifəsindən SUİ-İSTİFADƏsinə son qoya biləcək?

Məğrur Bədəlsoy













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.