"Azərkosmos"un xidmət ixrac etdiyi ölkələrin sayı artıb

1-05-2024, 11:44           
"Azərkosmos"un xidmət ixrac etdiyi ölkələrin sayı artıb
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 ölkə çox və 0,7 milyon ABŞ dolları (13 %) azdır.
Bu ilin I rübündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 47 ölkəyə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın aprel buraxılışında bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 ölkə çox və 0,7 milyon ABŞ dolları (13 %) azdır.
3 ay ərzində "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk 5-liyində isə 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 966,8 min ABŞ dolları ilə Lüksemburq, 339,8 min ABŞ dolları ilə BƏƏ, 208,6 min ABŞ dolları ilə Pakistan və 197,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.
Təkcə martda isə "Azərkosmos" 43 ölkəyə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Qeyd edək ki, "Azərkosmos" radiotezliklərin idarəolunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması məqsədilə yaratdığı radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramı məhsulunu Afrika, Mərkəzi Asiya, Yaxın Şərqdə kosmos sahəsi üzrə inkişaf etməkdə olan ölkələrə ixracını davam etdirəcək.
Radiotezliklər radio və televiziya yayımı, mobil-telefoniya, genişzolaqlı rabitə, aviasiya və dəniz naviqasiyası, peyk şəbəkələrinin koordinasiyası kimi müxtəlif simsiz rabitə formaları üçün istifadə olunan qiymətli və məhdud resursdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.