Cahangir Əsgərovun həbsə atdırdığı iş adamı Prezidentə MÜRACİƏT ETDİ - BUNA GÖRƏ...

1-05-2024, 09:52           
Cahangir Əsgərovun həbsə atdırdığı iş adamı Prezidentə MÜRACİƏT ETDİ - BUNA GÖRƏ...
Hazırda həbsdə olan “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov əfv olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda deyilir.

Məlumatda bildirilir ki, Prezidentə ünvanlandığı əfv müraciətində “AZAL”-ın keçmiş prezidenti Cahangir Əsgərov və onun həyat yoldaşı Zərifə Həmzəyevanın sifarişi ilə həbs olunan İlqar İsmayılov xeyli müddətdir ki, cəza çəkməsinin nəzərə alınmasını və onun azad edilməsini xahiş edib.

Qeyd edək ki, İ.İsmayılov 2013-2016-cı illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru