Kapitalbank və ABB vətəndaşların əmanətini qoruya bilmir

1-05-2024, 11:09           
Kapitalbank və ABB vətəndaşların əmanətini qoruya bilmir
Son zamanlar Azərbaycanda vətəndaşların bank kartlarında olan vəsaitlərinin kibercinayətkarlıq yolu ilə ələ keçirilməsi halları artmaqdadır.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, bu hal ölkənin ən iri bankları olan Kapitalbank və Azərbaycan Beynəlxalq Bankının müştərilərində yaşanır.

Belə ki, müxtəlif ölkələrdən aldadıcı vasitələrlə vətəndaşların”Birbank” tətbiqinə edilən müdaxilələr zamanı qorunma mexanizminin səmərəli olmaması minlərlə vətəndaşın pul vəsaitlərinin talan olması ilə nəticələnib.

Baxmayaraq ki, Kapitalbank və ABB-nin öz müştərilərinə “təhlükəsizlik qaydaları” təqdim edir. Lakin araşdırma zamanı məlum olur ki, vətəndaşların bank kartından oğurlanan vəsaitlər başqa formada ələ keçirilir.

Ən təəssüf doğuran hal isə bundan ibarətdir ki, il ərzində ağlasığmaz məbləğdə mənfəət əldə edən bu banklar təhülkəsizlik sistemlərini təkmilləşdirmək barədə düşünmür.

Bu isə banklara gələcəkdə depozit qoyan müştərilərin inamının getdikcə aradan qalxması deməkdir.

Vətəndaş İlahə Əliqızı Gununsesi.info-ya açıqlamasında “Kapitalbank” hesabında pullarının talan olunmduğunu deyib: “Banka məlumat vermişik. Adi şey kimi qarşılayıblar. Hüquq-mühafizə orqanları da bu cinayətlərə ciddi yanaşmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.