Mərkəzi Bankdan növbəti FAİZ QƏRARI – Manat UCUZLAŞACAQ?

2-05-2024, 10:44           
Mərkəzi Bankdan növbəti FAİZ QƏRARI –
Bu gün Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
Gün ərzində dəyərli media işçiləri, jurnalistlər zəng edərək bu qərarın mahiyyəti haqqında sullar veriblər. Amma, əsasən, 2 sual önə çıxır: kredit faizləri azalacaqmı, manatın məzənnəsinə təsiri olacaqmı?!
MB kimi çox ciddi dövlət institutunun qərarlarının iqtisadiyyata çox ciddi təsirləri olmalıdır, təəssüf ki, məmləkətdə çox primitiv iqtisadi model var deyə, MB-ın qərarları “multiplikativ effekt” yaratmır – yəni, məsələn, FED, inkişaf etmiş ölkələrin MB-ı, Türkiyə MB və s. qərar verərkən qiymətli kağızlar bazarını, məzənnə siyasətini nəzəra alır, inflyasiya basqılarını azaltmağa çalışır, bizdə isə qiymətli kağızlar bazarı yoxdur, məzənnə inzibatidir, bazar iqtisadiyyatının institutları yoxdur/ya zəifdir.
Ona görə də, Mərkəzi Bankın bütün istəklərinə, müasir iş prinsipləri üzrə fəaliyyət qurmaq cəhdlərinə baxmayaraq, iqtisadiyyatın özündən qaynaqlanan problemlərə görə qərarları ciddi effekt yarada bilmir – yəni, MB bu sistemdə nə qədər çalışsa da, təsir mexanizmləri yaratmaqda çətinlik çəkir, deməli iqtisadi sistem dəyişməlidir ki, MB da Dövlət orqanı olaraq həm hökumətə, həm də iqtisadiyyata ciddi təsir mexanizmləri yarada bilsin.
Hamının verdiyi əsas o 2 suala gəldikdə isə, MB-ın bu qərarı kredit faizlərinin aşağı düşməsinə təsir etməyəcək, məzənnə inzibati qaydada tənzimləndiyinə, siyasi qərarla dəyişdiriləcəyinə görə o məsələyə də təsiri olmayacaq. Mövzunun davamı olaraq onu da deyim ki, bu il devalvasiya olmayacaq, amma 2025-in sonu, 2026-nın əvvəli hökumət bu addıma getməyə məcbur qalacaq...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.