İşçilər hansı halda və ya hallarda məcburi tibbi müayinədən keçməlidirlər?

2-05-2024, 11:58           
İşçilər hansı halda  və ya hallarda məcburi tibbi müayinədən  keçməlidirlər?
Bu sual da işçiləri daha çox maraqlandıran suallardan biridir. İşçilər hansı halda və ya hallarda məcburi tibbi müayinədən keçməlidirlər?
1. Ağır, zərərli və ya təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən: ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.
2. İlkin icbari tibbi müayinələr hər bir işçinin sağlamlıq vəziyyətinin görəcəyi işə uyğunluğunun və işçinin əmək fəaliyyətinin nəticəsi olaraq sonradan yaranan xəstəliklərin təyin edilməsi məqsədilə aparılır.
3. Dövri icbari tibbi müayinələr: ağır, zərərli və təhlükəli istehsalat amillərinin, işçinin sağlamlığına təsiri, bu təsir nəticəsində yaranan xəstəliklərin ilkin əlamətlərinin aşkar edilməsi, işçilərin səhhətinin dinamik müşahidəsi, bədbəxt hadisələr, peşə xəstəlikləri, infeksion və parazitar xəstəliklərin qarşısını almaq məqsədilə aparılır.
4. işçilərin, xüsusən də əlillik dərəcəsi olan və ya əmək qabiliyyətini itirmiş işçilərin:ilkin, dövrü və ya növbədənkənar tibbi müayəyə göndərilməsi, hər bir halda işəgötürənin müvafiq əmri ilə rəsmiləşdirilməli və müvafiq qaydada hansı zərurətdən yarandığı barədə əsaslandırmalar aparılmalıdır.
5. Sanitar-epidemioloji xidmət müəssisələri, müəssisənin müdiriyyəti, müalicə- profilaktika müəssisələri zəruri hallarda işçiləri vaxtından əvvəl tibbi müayinəyə göndərmək hüququna malikdir. Bu zaman göndərilmənin səbəbi göndərişdə qeyd olunmalıdır.
6. Müəssisələrin müdiriyyəti gigiyena və epidemiologiya mərkəzlərindən aldığı materiallar əsasında bir ay müddətinə, lakin hər il dekabrın 1-dən gec olmamaq şərtilə, dövri tibbi müayinədən keçməli olan şəxslərin adbaad siyahısını hazırlamalıdır. Həmin siyahıda istehsalat, sex, peşə, işçinin təsirinə məruz qaldığı istehsalat amilləri və həmin şəraitdə iş stajı göstərilməlidir. Müvafiq gigiyena və epidemiologiya mərkəzləri ilkin və dövri tibbi müayinələrin tam əhatəli olması və vaxtında keçirilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət edirlər.
7 İşçi vı ya işçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən Əmək Məcəlləsinun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər.
Azər Quliyev
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.