Logistika, tranzit imkanları ölkənin regional “bazara” çevirmək planları ilə pararlel olsa, bu məmləkət üçün yeni imkanlar açacaq...

5-05-2024, 11:04           
Logistika, tranzit imkanları ölkənin regional “bazara” çevirmək planları ilə pararlel olsa, bu məmləkət üçün yeni imkanlar açacaq...
Məmləkətdə hərdən yaxşı xəbərlər də olur silsiləsindən: “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbəri Rövşən Rüstəmov açıqlama verib və deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb. Son yatırımlardan sonra BTQ ilə yük daşıma potensialı 5 mln. tona çatacaq ki, bu da məmləkətin logistik mərkəz olması yolunda pozitiv məsələdir.
ADY rəhbəri başqa maraqlı rəqəmlər də açıqlayıb: 2019-cu ildə 3,8 milyon ton tranzit yükü daşınmışdısa, 2023-cü ildə bu rəqəm 6,8 milyon tona çatıb. Ötən ilin ilk dörd ayı ilə müqayisədə bu ilin yanvar-aprel aylarında daşınan tranzit yüklərin həcmi 14% artıb – bu da yaxşı xəbərdir, ADY-nin effektiv işlədiyini göstərir.
İndi gələk ADY-dən asılı olmayan, amma ölkəmiz üçün vacib məsələlərə: Əgər Azərbaycan tranzit yükdaşıma mərkəzinə, “hub”-a çevrilmək istəyirsə, ölkənin qanunverciliyindən tutun da, vergi-gömrük məcəllələrinə qədər köklü dəyişikliklərə ehtiyac var. Ölkədə azad iqtisadi mühit, cəlbedici, təşviqedici vergi-gömrük siyasəti və tranzit taarifləri olmasa, məmləkətin coğrafi üstünlüyünü maddi qazanca çevirmək mümkün olmayacaq. Hökumət, nəhayət anlamalıdır ki, neftdən gələn gəlirlər azalır-azalacaq, ixracın 90%-i Allahın verdiyi nemətlə təmin edib ölkə dolandırmaq artıq çətindir, yeni fürsətlər yaranmalıdır, bu isə idarəetmə sistemində köklü islahatlar olmadan, qanunvericiliyin biznesyönümlüyünü təmin etmədən mümkün deyil. Logistika, tranzit imkanları ölkənin regional “bazara” çevirmək planları ilə pararlel olsa, bu məmləkət üçün yeni imkanlar açacaq...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.