SABAH ORTODOKS PASXASIDIR

5-05-2024, 11:08           
SABAH ORTODOKS PASXASIDIR
Ortodoks (Pravoslav) dünyası Pasxanı qeyd edir.
Xristianlar İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini fərqli təqvimlərə görə, fərqli bazar günlərində idrak edirlər.
Fərqli günlərdə qeyd etdikləri kimi bayramın adı da fərqlidir xristianlarda.
Ortodokslar, Katoliklər, Protestantlar – hər ölkədə, hər dini məzhəbdə başqadır onun adı.
“Pasxa” sözünün kökü latın dilindəki “Pascha” kəlməsindən gəlir.
Fransızlar Paques, ispanlar ona Pascua, italyan və katalanlar Pasqua, portuqallar Pascoa deyirlər. İngilislər isə Easter (Alman təqvimindəki Eostur, yəni aprel ayından gəlir) adlandırırlar bu bayramı. “Pasxa”ya Diriliş Günü və ya Dirilmə Günü də deyirlər.
Ukraincə “Pasxa” “Великден” (Böyük Gün) adlanır.
Keçən il Pasxa Ukraynada son dəfədir ki, Rusiya kimi Julian təqviminə görə qeyd olundu. 2023-cü il sentyabrın 1-dən isə ukraynalılar dini bayramlarını katoliklər, protestanlar kimi Qriqorian təqviminə görə bayram edirlər.
Bununla da Julian və Gregorian təqvimləri arasındakı 13 günlük fərq aradan qalxıb.
Ancaq əsil hadisə odur ki, Ukrayna xalqı artıq Pasxanı Rusiya ilə bir gündə qeyd etməyəcək.
Simvolik də olsa ukraynalılar Moskvanın bu buxovundan da azad oliblar.
Bu da çox böyük mənəvi zəfərdir.
https://t.me/ibrahim_nebioglu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru