Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ ilə əlaqədar,...

6-05-2024, 00:02           
Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq  hüququ ilə əlaqədar,...
Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ ilə əlaqədar, bu sualla əlaqədar da Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütamadi olaraq müraciət olunur:
Hansı səbəbdən ağır və zərərli iş şəraitli iş yerində işləməyimizə, buna görə əlavə əmək haqqı, əlavə məzuniyyət günləri almağımıza baxmayaraq, güzəştli şərtlərlə pensiyaya çıxa bilmirik, peşə və ya vəzifələrimizin adla AR-sı Nazirlər Kabinetinin 12 saylı qərarında olmur? Fikrimcə çox haqlı bir sualdır.
Belə ki,demək olar ki,AR Nazirlər Kabinetinin bu sahədə 3 müxtəlif qərarları vardır və bu qərarlar ilkin görünüşdə müxtəlif olan əmək münasibətlərini tənzimləsədə, hər üçü də təqribən eyni əmək münasibətlərinə aiddir:
Belə ki,"Əmək şəraiti ağır və zərərli olduğuna
görə": Nazirlər Kabinetinin 92 nömrəli qərarı bu səbəbdən -əlavə məzuniyyət,137 nömrəli qərarı - əlavə əmək haqqı, 12 saylı qərarı isə -güzəştli şərtlərlə pensiya hüququ nəzərdə tutur.
AR Nazirlər Kabinetinin 3 qərarını birləşdirən yeganə və ümumi şərt: "Əmək şəraitinə görə işlərin ağır və zərərli" olmasıdır.Bu da işçilərə ağır və zərərli iş şəraitinə görə: əlavə əmək haqqı, əlavə məzuniyyət hüququ və güzəştli şərtlərlə əmək pensiyası hüququ nəzərdə tutur.
Bu səbəbdən də maraqlıdır, görəsən hansı səbəblərdən: Nazirlər Kabinetinin 92 və 137 saylı qərarı ilə zərərli və ağır əmək şəraitinə görə əlavə əmək haqqı ödənilən və ya əlavə məzuniyyət günləri alan işçilərin vəzifə və ya peşələrin adları bir çox hallarda AR Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Siyahıda olmur. Ümid edirik ki, AR-nın Nazirlər kabinetinin qərarlarında olan bu uyğunsuzluq aradan qaldırılacaq və işçilərin bu sahədə olan əmək və pensiya hüquqları bərpa olunacaq.
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.