AR ƏM bu tələbinə əməl etməyən işəgötürən üçün hansı maddi, mənəvi və inzibati məsuliyyət nəzərdə tutulu

6-05-2024, 08:48           
AR ƏM bu tələbinə əməl etməyən işəgötürən üçün hansı maddi, mənəvi və inzibati məsuliyyət nəzərdə tutulu
Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin: Əmrinin surəti, İşçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə - sonuncu iş günü işçiyə verilməlidir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələbinə əməl etməyən işəgötürən üçün:
aşağıda göstərilən maddi, mənəvi və inzibati məsuliyyət nəzərdə tutulur:
1. İşəgötürən hər gecikdirilmiş gün üçün-bu pul ödənilən günə kimi işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir.
2. Əmək kitabçasının sonuncu iş günü işçiyə verilməsi - işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilir.
3. İşçinin son haqq hesabının, son iş günündə verilməməsinə görə - vəzifəli şəxslər üçün yeddi yüz manatdan - min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
4. Birinci 2 halda bu ödənişlər işçinun özünə,
üçüncü haldaisə Dövlət Əmək Müfəttişliyinin qərarı əsasında Dövlət büdcəsinə ödənilir.
5. İşçilərə ödənilməli olan dəymiş zərər və s. ödənişlər işəgötürən tərəfindən könüllü olaraq ödənilməzsə, hüququ pozulmuş işçinin məhkəməyə müraciət etməklə öz hüququnu bərpa etmək hüququ vardır.
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.