“Azərsun Holdinq”in törəmə şirkətində QALMAQAL

7-05-2024, 08:39           
“Azərsun Holdinq”in törəmə şirkətində QALMAQAL
“Azərsun Holdinq”in törəmə şirkəti olan “Mamam Chokolate and Bakery” MMC-də qalmaqal yaşanır.
32Gun.az xəbər verir ki, qalmaqala səbəb şirkət rəhbərliyinin Ətrabə Həsənova adlı işçini işdən çıxarması ilə bağlıdır.
Ətrabə Həsənova bu məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.
O, işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb.
Birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib.
Ətrabə Həsənova apellyasiya şikayəti verib.
Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
"Mamam Chocolate and Bakery" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 13 824 794,50 manat olan şirkətin Bakıda böyük istehsalat müəssisəsi mövcuddur.
"Mamam Chocolate and Bakery" müxtəlif növ şokolad və şirniyyat məhsulları ("Choco Art" adlı şokolad, "Choco Time" adlı konfet, "Zoluska" və "Wafi" adlı vaflilər, "Sun Choco" adlı şokolad qlazuru, "Shokki Mokki" , "Cey-Cey", "Choco Bieno", "Vega", "Chocolake", "Schocolatte", "Sun Pralin" adlı şokolad kremləri) istehsal edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru