“Azercell ” onsuzda yuxarı olan tariflərini dahada qaldırdı..

14-05-2024, 12:27           
“Azercell ” onsuzda yuxarı olan tariflərini dahada qaldırdı..
“Azercell Telekom” bəzi tarifləri artırıb, bəzi tarif paketlərini isə ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, mobil operator bəzi tarifləri 20-33% civarında bahalaşdırıb.

Mobil operator qeyd edib ki, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “İstəSən” tarif paketi və “GəncOl” tarif paketləri çərçivəsində təqdim edilən istifadə imkanı istifadə müddətindən əvvəl bitdikdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balasında kifayət qədər vəsait olmadıqda ölkədaxili zəngin 1 dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək. Bundan əvvəl isə sözügedən zənglərin 1 dəqiqəsi 0,06 AZN-dən hesablanıb.

Bundan əlavə, “Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 dəqiqəsi üçün xidmət haqqı 0,05 AZN-dən 0,06 AZN-ə artırılıb. Bununla belə, müvafiq paket çərçivəsində şəbəkədaxili zənglərin 3-cü dəqiqədən sonra pulsuz olan 1 zəngin müddəti 15 dəqiqədən 20 dəqiqəyə artırılıb.

Mayın 13-dən etibarən “Hədiyyəli eSim” kampaniyasına yeni qoşulmalar dayandırılıb. Qeyd olunan tarixədək kampaniyaya qoşulmuş abunəçilərə kampaniyanın mövcud şərtləri və qaydaları tətbiq ediləcək. “Sərbəst 6”, “Sərbəst 10”, “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” və “Sərbəst 75” tarif paketləri isə ləğv edilib.

Bütün sözügedən dəyişikliklər mayın 13-dən qüvvəyə minib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.