"Abşeron Tikinti Quraşdırma" şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb

22-05-2024, 18:25           
"Abşeron Tikinti Quraşdırma" şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb
"Abşeron Tikinti Quraşdırma" şirkətində nöqsanlar aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) daxil olan müraciərlər əsasında şirkətdə yoxlama aparıb.

Yoxlamalar zamanı şirkətin fəhlələri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi aşkarlanıb.

Buna görə qurum şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmə protokolu təsdiq edərsə, "Abşeron Tikinti Quraşdırma" şirkəti 25 000 manatadək cərimələnəcək.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru