Torpaq almaq üçün də ipoteka krediti verilir?

23-05-2024, 11:58           
Torpaq almaq üçün də ipoteka krediti verilir?
Bakıda torpağın qiyməti bahalaşmaqda davam edir. Qiymətlər hər kəs üçün əlçatan olmadığından torpağı ipoteka ilə almaq istəyənlər də kifayət qədərdir. Bəs bu hal qanunvericiliklə necə tənzimlənir?
TEREF” Xezerxeber.az-a istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadov torpağın ipoteka ilə alınmasının dünya təcrübəsində geniş yayıldığını bildirib. Ölkəmizdə isə topraq ipotekası hazırda yalnız kommersiya bankları tərəfindən verilir.
Azərbaycan Banklar Assosiasiyasının hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev bildirib ki, kommersiya banklarına torpaq krediti üçün müraciət edənlər var.
Onun sözlərinə görə, dövlət banklarında torpaqların ipoteka ilə alınması isə nəzərdə tutulmayıb, amma istisnalar var.
Şərtlərə gəlincə, mütəxəssis qeyd edib ki, ipoteka ilə bağlı bütün prosedurlar eynidir. Sadəcə burada mənzilin əvəzinə torpaq qiymətləndirilir.
Daha ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru