“Şəffaflıq yoxdur, boş şeydir” – Deputatdan ŞOK AÇIQLAMA

24-05-2024, 09:04           
“Şəffaflıq yoxdur, boş şeydir” – Deputatdan ŞOK AÇIQLAMA
“Biz niyə daxili dövlət borcundan danışmırıq? Bu istiqamətdə kifayət qədər problemlər var. Vaxt var idi, daxili borclanma 4 milyard manat idi. İndi 15 milyarda yaxınlaşıb”.

Moderator.az xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Daxili dövlət borcunun bu qədər yüksək olması problemlərə gətirib çıxaracaq. Bundan əlavə, ticarətə baxanda görürük ki, idxal ilbəil artır. Əgər qeyri-neft sektorunun inkişafından danışırıqsa, gəlin idxalı azaldaq. Niyə idxalı azalda bilmirik? İdxalla birgə ölkəyə inflyasiya və sairə gəlir. İdxalın strukturu ilə ciddi məşğul olmalıyıq”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, nə satınalmalar, nə də tenderlərdə şəffaflıq var: “Qanun da qəbul etmişik, amma boş şeydir. Bir əhəmiyyəti yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru