Banklar birinci və sonuncu mərtəbədəki mənzillərə ipoteka ayırmaqda maraqlı deyillər?

24-05-2024, 09:14           
Banklar birinci və sonuncu mərtəbədəki mənzillərə ipoteka ayırmaqda maraqlı deyillər?
Bir sıra banklar bəzi mənzillərə ipoteka krediti ayırmaqda maraqlı deyillər.

Belə ki, köhnə və yeni tikili olmasına baxmayaraq, birinci və sonuncu mərtəbədəki mənzillərin satışında çətinliklər müşahidə olunur.

Alıcılar bu mənzilləri almaqdan ya imtina edirlər, ya da daha aşağı məbləğ ödəmək istəyirlər.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu problem daha çox köhnə binalarda müşahidə edilir:

"Belə mənzillər digərlərinə nisbətən 3-5% aşağı məbləğlə təklif olunur. Binanın istismar müddəti tələblərə uyğundursa, banklar ipoteka kreditinin ayrılmasına heç bir əngəl yaratmırlar. Lakin qiymətləndirmə zamanı mənzilin hansı mərtəbədə yerləşməsi nəzərə alınır".

Ətraflı "Xəzər Xəbər"in videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru