“Araz” supermarketində satılan palçıqlı kartoflar –Məhsul niyə satışa çıxarılıb? /FOTO

25-05-2024, 10:26           
“Araz” supermarketində satılan palçıqlı kartoflar –Məhsul niyə satışa çıxarılıb? /FOTO
“Araz” supermarketində satılan palçıqlı kartoflar narazılıq yaradıb.

Bu barədə jurnalist Elman Cəfərli məlumat paylaşıb.

“”Araz” supermarketdə qəşəng palçıq satılır. Endirimdədir, tələsin. Çox keyfiyyətli palçıqdır. Arasında kartof da var, eybi yox, onu təmizləyib atmaq olar. Bu kartofları bir-bir məhsulu bu şəkildə alıcıya təklif edən işbazın təpəsinə vurasan” – deyə jurnalist qeyd edib.

O sözügedən görüntülərin Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən “Araz” marketdən olduğunu qeyd edib.

Məhsulun bu formada piştaxtaya çıxarılması rezonans yaradıb. Bir şıra şərhlərdə qeyd olunub ki, fermerlər kartofu yuyulmamış satışa çıxara bilməzlər. Marekt isə bu məhsulu qəbul etməməli idi.

Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru