Rusiya Özbəkistan iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyub

27-05-2024, 17:34           
Rusiya Özbəkistan iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyub
"Rusiya Özbəkistan iqtisadiyyatına təxminən 10 milyard dollar sərmayə qoyub və bu rəqəmin artması üçün potensial var".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin geniş tərkibdə Rusiya-Özbəkistan danışıqlarının əvvəlində bildirib.

Onun sözlərinə görə, Rusiyanın Özbəkistana investisiyaları ildən-ilə artır.

Bildirilib ki, Özbəkistanda Rusiyanın iştirakı ilə 3 minə yaxın müəssisə, Rusiyada isə özbək kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru