Azərbaycanda unla bağlı YENİ QƏRAR

28-05-2024, 00:07           
Azərbaycanda unla bağlı YENİ QƏRAR
Buğda ununa dair sanitariya norma və qaydaları təsdiqlənib.

TEREF xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.

Buğda ununun cavab verməli olduğu tələblərə əsasən, bu unda kənar qoxu və dad olmamalı, tərkibində kənar maddə olmamalı, özünəməxsus rəngə və görünüşə malik olmalı, kimyəvi xüsusiyyətləri qaydaların müvafiq əlavəsində göstərilən tələblərə uyğun olmalı, tam buğda unu istisna olmaqla, buğda ununun ən az 98%-i 212 mikronluq ələkdən keçməlidir.

Bundan başqa, texnoloji məqsədlərə nail olmaq üçün buğda ununa buğda, çovdar və ya arpadan hazırlanmış, ferment aktivliyi yüksək olan cücərmiş taxıl dəni unu və ya cücərmiş taxıl dənindən hazırlanmış digər məhsullar, təbii buğda qlüteni, soya unu, paxlalılardan hazırlanmış un və fermentlər (“Aspergillus oryzae” mikroorqanizmindən əldə olunan göbələk amilazası və proteolitik fermentlər) əlavə edilə bilər.

Buğda ununun istehsalı və dövriyyəsi “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a uyğun həyata keçirilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru