ABŞ Rusiya məhsullarına tam embarqo qoya bilər

29-05-2024, 16:34           
ABŞ Rusiya məhsullarına tam embarqo qoya bilər
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Dalip Sinq bildirib ki, Birləşmiş Ştatlar sanksiya siyasətində Rusiya ilə ticarətə hərtərəfli embarqo tətbiq etməyə qədər gedə bilər.

"Rusiya iqtisadiyyatını tamamilə müharibə maşını üçün fabrikə çevirdikcə, biz elə bir nöqtəyə çatacağıq ki, de-fakto tam embarqo tətbiq edəcəyik", - deyə o bəyan edib.

Qeyd edək ki, indiyədək ABŞ Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib.

Mənbə: RİA Novosti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.