İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu qədər "acizsinizmi" ...

30-05-2024, 00:03           
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu qədər "acizsinizmi" ...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu qədər "acizsinizmi" sizin fəaliyyətinizi tənqid edən şəxsi FB səhifəsində blok edirsiniz?
Hər il dövlət tərəfindən, işəgötürən və işçinin aylıq əmək haqqından 4 faiz, mülki müqavilə ilə işləyən şəxslərin gəlirindən 14 manat olmaqla milyonlarla icbari tibbi sığorta haqqı yığırsınız. Nədən bu haqqı ödəyən işçinin icbari tibbi sığortasını həyata keçirmirsiniz?
Sizin fəaliyyətiniz yalnız bu şəxslərin pulu hesabına yaxşı əmək haqqı almaqdan, turist kimi gəzməkdın ibarət deyil, bu şəxslərin pulsuz tibbi sığortasını hıyata keçirməkdir.
Müraciət edən insanları karuselə salmaq, ötür-ötür oyunu oynamaq, müxtəlif bəhanə ilə imtina etmək deyil, icbari tibbi sığortasını həyata keçirməkdir.
1-2 nəfəri aparatdan keçirmək və əməliyyat etmək və bunu reklam etmək deyil, bütün şəxsləri, xüsusilə də bu haqqı ödəyən işçini pulsuz icbari tibbi xidmətlə təmin etməkdir.
İşçilərin zəhməti vı alın təri ilə qazandığı əmək haqqından tutduğunuz bu pulları hara xərclədiyiniz barədə nıdən şəffaf hesabat vermirsiniz.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi-AR Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasında yaradılmış, icbari tibbi sığortanın tətbiqini təmin edən, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri tibbi sığorta xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.