Prezidentlərin rəssam-fotoqrafının PULU MƏNİMSƏNİLİB... - VİDEOMÜRACİƏT

30-05-2024, 07:34           
Prezidentlərin rəssam-fotoqrafının PULU MƏNİMSƏNİLİB... - VİDEOMÜRACİƏT
2008-ci ildə “Bank Respublika”ya 5 min manat əmanət yatıran Bakı şəhər sakini Cəfərov Tahir Tağı oğlu bankdan pulunu geri ala bilmir. “Bank Respublika”dan ona bildiriblər ki, pulu batıb.

Tribunainfo.az xəbər verir ki, şikayətçi tanınmış rəssam-fotoqraf, prezidentlərin rəssam-fotoqrafı olan Tahir Cəfərovdur. O bildirib ki, 16 il əvvəl banka yatırdığı pul səbəbsiz yerə batıb:

“ “Bank Respublika”ya 2008-ci ildə 5 min manat pul qoymuşam. Üstündən 16 il keçib. İndi bankdan pulumu ala bilmirəm. Mənə deyirlər ki, bu pul batıb gedib. Pulu qoyanda mənə “Bank Respublika”dan əmanət kutabçası da verdilər və indiyə qədər də onu saxlamışam. İndi gətirib özlərinə verirəm. Deyirlər, pul yoxdur, batıb.
Mərkəzi Banka da müraciət etmişəm. Ordan da deyirlər ki, pulunuz batıb. Deyirlər, gərək vaxtında gəlib pulunuzu alardınız. Gəlib aparmamısız deyə pul batıb. Deyirəm, mənə bu barədə bildiriş verməmisiniz ki, gəl pulunu apar. Əgər belədirsə, pulun bankdan qalması təhlükəlidirsə, qadağandırsa, mən gedib başqa banka qoyardım pulumu. Bu müddət ərzində qoyduğum pulun faizini də almamışam.
Pulum etibarlı yerdə qalsın deyə qoymuşdum banka ki, qocalanda lazım olar. İndi qocalımışam və bu pul mənə lazımdır. Mən bankdan öz pulumu almaq istəyirəm, borc götürmürəm, pul istəmirəm ki. Öz pulumu geri istəyirəm. Ancaq ala bilmirəm. Səbəb də odur ki, mən guya pulumu gec götürdüyüm üçün pulum batıb”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.