Maaşlara aylıq əlavələrlə bağlı MÜHÜM QƏRAR

30-05-2024, 08:54           
Maaşlara aylıq əlavələrlə bağlı MÜHÜM QƏRAR
Təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki məhdudiyyətlər aradan qaldırılıb.

Bu, Nazirlər Kabinetinin qərarı ilə Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikat-laşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr”də edilən dəyişijşklikdə əksini tapıb.

Qərara əsasən, Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr “Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)” şərtinə görə deyil “Tədris edilən dərs saatına görə (faizlə) şərtinə görə veriləcək. Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, dəyişiklik, bəzi hallarda bu əlavələrin verilməsində yaranan texniki xarakterli məhdudiyyətlərin aradan qaldırılması məqsədilə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru