“Oba Market”dən alınan konfetdən qurd çıxdı – VİDEO
30-05-2024, 08:44
“Oba Market” şəbəkəsi işini düzgün qura bilmir. Bu şəbəkədə heç nə yerində deyil. Dəfələrlə görmüşəm ki, Oba marketlə bağlı vətəndaşlar şikayət edir. Bacarmırsınızsa, niyə işlədirsiniz? Bir dəfə olsun ki, “Oba Market”lərlə bağlı nəsə müsbət hadisəyə şahidlik edim? Ancaq şəbəkənin işi keyfiyyətsiz, saxta məhsullar satmaqdır.
Pravda.az-ın xəbərinə görə, bunu siyasi fəal Aslan Həmidli bildirib.
“”Oba market” şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan xanım, niyə tədbir görmürsünüz?! Gərək ki, xarab məhsullarınızdan kimsə vəfat etsin?! Qəti şəkildə xalqı düşünmürlər. Qurdlu malların satışı onun 50 min manatlıq maaşına təsir göstərmir deyə rahatdır. Nə zamana qədər belə olacaq?! Bu xalqı belə aşağılamağınızın sonu olacaqmı?!” – o qeyd edib.