10 manatlıq şirkətə 1.2 milyonluq tender verildi

30-05-2024, 11:58           
10 manatlıq şirkətə 1.2 milyonluq tender verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi(“VTEK”-red.) “Şəbəkə təhlükəsizliyi avadanlıqlarının satınalınması” tenderinin nəticələrini elan edib.

“AzPolitika” xəbər verir ki, tenderin qalibi “B2B Group” MMC olub. Qalib şirkətlə 1 253 807 manat məbləğində müqavilə imzalanıb.

“Fed.az”-ın məlumatına görə, “B2B Group” MMC 2019-cu ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramal Bəşir oğlu Bəşirovdur.

Qeyd edək ki, Azərbaycanda 10 manat nizamnamə kapitalı olan şirkətlərin dövlət qurumlarından milyonluq tenderlər “qazanması” artıq adi hala çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru