Kənd toyuğunun qiyməti QALXDI

30-05-2024, 12:34           
Kənd toyuğunun qiyməti QALXDI
Son iki ayda kənd toyuğunun qiyməti artıb.
TEREF Xezerxeber.az-a istinadla verdiyi məlumata görə, bahalaşma həm diri, həm də kəsilmiş kənd toyuqlarında müşahidə olunur. Satıcılar deyirlər ki, çəkisinə görə toyuqlar arasında üç manata qədər fərq edir.
Qiymət artımı bölgələrdə də özünü göstərir.
Tovuz və Mingəçevir bazarında da ötən aylarla müqayisədə qiymət fərqi bir manat 50 qəpiklə, üç manat arasında dəyişir.
Satıcıların sözlərinə görə, qiymətin artmasına səbəb yem məhsullarının bahalaşmasıdır. Yem məhsullarının qiyməti artdığından təsərrüfat xərcləri də çoxalır ki, bu da birbaşa diri və kəsilmiş kənd toyuğu məhsullarının qiymətinə təsir edir.
Satıcılar bildirib ki, bazarda kənd toyuğu ilə yanaşı, broyler toyuğu da alıcılara təklif olunur. Lakin broyler toyuqlarının qiyməti nisbətən aşağıdır.
Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru