Gənc Leonardo da Vinçi: Almaniyada iki yaşlı uşaq rəsmlərini yeddi min dollara satır

31-05-2024, 11:27           
Gənc Leonardo da Vinçi: Almaniyada iki yaşlı uşaq rəsmlərini yeddi min dollara satır
Almaniyada ikinci Leonardo da Vinçi adlandırılan iki yaşlı uşaq rəsmlərini yeddi min dollara satır. Gənc dahinin işi ətrafında yaranan ajiotaj, hətta kolleksiyaçıları növbəyə durmağa məcbur edib.

Loran Şvartzın sənətə olan hədsiz həvəsi keçən payızda kurortda ailəvi tətil zamanı valideynləri Liza və Filip tərəfindən aşkar edilib: oyun otağında uşaq rəsm çəkməyə o qədər heyran olub ki, oradan ayrılmaq istəməyib.

Evə qayıtdıqdan sonra valideynləri uşaq üçün bütün lazımi avadanlıqla təchiz olunmuş bədii studiya qurublar və onun inanılmaz şah əsərlərini yaratmasına heyranlıqla baxıblar.

Övladının əsərlərindən ihamlanan ana, hətta oğlunun işlərini paylaşmaq üçün "Instagram" səhifəsi də açıb. İndi gənc dahinin 29 min izləyicisi var.

Bu il Loranın əsərləri Münhenin ən böyük incəsənət sərgisi olan "ART MUC" (Almaniya) sərgisində satılıb. Sənətə dəyər verənlər, hətta növbəyə durmalı olublar, çünki rəssamın, demək olar ki, bütün əsərləri artıq satılıb və bəzilərinin qiyməti təxminən yeddi min dollara çatır.

Mənbə: New York Post












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.