İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti ilk görünüşdə çox gözəl görünür,amma....
31-05-2024, 17:38
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti ilk görünüşdə çox gözəl görünür. Nədən olmasın? Əhalinin pulsuz icbari tibbi sığortasını həyata keçirməlidir. Lakin, Agentliyin belə bir icbari tibbi sığorta fəaliyyəti varmı? Gözəl reklam olunmalarına baxmayaraq - Azərbaycanda belə bir qurum yox dərəcəsindədir.İşləri isə yalnız 2-3 nəfəri yüngül müayinə və ya əməliyyatdan ibarətdir İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin- müqavilə bağladığı özəl tibb müəssisələrinin və dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrinin sayı 140-a yaxındır. Mən də bu İCBARİ TİBBİ Sığortadan istifadə etmək istədim. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və digər qurumlara yazılı müraciətlər etdim. Lakin, karusel, ötür-ötür oyunundan, yaxşı nağıllar danışan telefon zənglərindən və əsassız imtinalardan başqa hər hansı bir tibbi müalicə görmədim. Azer Quliyev TEREF