Say o qədər də çox deyil: - Bu il hər kəs ali məktəbə qəbul olacaq

31-05-2024, 18:08           
Say o qədər də çox deyil: - Bu il hər kəs ali məktəbə qəbul olacaq
Bu il 85 min nəfər tələbə olmaq üçün müvafiq imtahanlara qatılıb.

Təhsil ekspertləri həm say, həm də imtahan göstəriciləri baxımından bu il keçid ballarının artacağını vurğulayırlar.

Əsas ehtimal isə 1-ci qrupda 100 bala qədər artımın olması ilə bağlıdır. Mütəxəssislər bu qrupu hətta “ölüm qrupu” da adlandırır.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, 2024-cü ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarını, həmçinin martın 3-də və 10-da keçirilən buraxılış imtahanları ilkin nəticələri əsas götürərək məhz 1-ci qrupu “ölüm qrupu” adlandırmaq olar:

"Bu imtahanlarda ilk dəfə maksimum sayda abituriyent yüksək bal topladı. Bu da insanlarda elə bir fikir formalaşdırdı ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarından sonra ballar ciddi şəkildə artacaq. Belə bir fikir yalnışdır.

Ona görə ki, bu il ali təhsil müəssisələrində qəbul plan yerlərində ciddi şəkildə artım var. Abituriyentlərin yüksək bal toplaması ali təhsil müəsissələrində ciddi bir fərq yaratmayacaq.

Məsələn, 2010-cu ildə ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə qəbul plan yeri 29 min idi. 2024-cü ildə bu say 60 min olacaq. Abituriyentlərin sayı o qədər də çox deyil. Yəni bütün ixtisas qrupları üzrə 200-dən çox bal toplayan hər kəs ali məktəbə qəbul olacaq".

Ekspert vurğulayıb ki, bu il Azərbaycanda Qarabağ Universiteti, həmçinin Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq:

"Yəni abituriyentlər narahat olmamalıdırlar. Bu il keçid ballarında ciddi artım olmayacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru