İDDİA! Camaatın mülkünü icazəsiz sökdülər VİDEO

3-06-2024, 15:53           
İDDİA! Camaatın mülkünü icazəsiz sökdülər  VİDEO
“Ümüd” qarajları kooperativinin sədri Patrul.az qaynar xəttinə müraciət edərək bildirib ki, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-cı məhəllədə adı çəkilən kooperativin üzvlərinin mülkiyyətində olan 5 ədəd qaraj yaxınlıqda olan bina sakinləri və komendantın iştirakı ilə özbaşına olaraq sökülmüşdür. Onlar bu zaman istinad mənbəyi kimi illərdir aralarında gedən məhkəmənin mübahisəsini göstərmişlər. Halbuki məhkəmə qərarına baxdıqda qarajların söküntüsündən heç bir söhbət gedə bilməz. Məhkəmə qərarında yalnız həmin ərazidəki hasar inşası qeyd olunub. Nəticədə qarajları sökən şəxslər “Ümüd” kooperativinin üzvlərinin mülkiyyətində olan əmlaka qəsdən zərər vurmaqla, mülkiyyətçilərə xeyli miqdarda zərər vurmaqla cinayət törədiblər. Mülkiyyətçilər Patrul.az vasitəsilə aidiyyatı orqanlardan xahiş edir ki, onlara qarşı cinayət törətmiş şəxslərə qarşı qanunamüvafiq tədbirlər görülüb, sökülən qarajların yenidən tikilməsinə öz köməkliklərini göstərsinlər. Məsələni diqqətdə saxlayacağıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru