“Ya pulu ödə, ya da həbs ediləcəksən” - ƏSF kreditini ödəyən şəxsi təhdid edir

13-06-2024, 16:30           
“Ya pulu ödə, ya da həbs ediləcəksən” - ƏSF kreditini ödəyən şəxsi təhdid edir
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) kredit borcunu vaxtından əvvəl bağlamış şəxsi mənzilini əlindən alacağıl ilə hədələyib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə təhdid olunduğunu deyən şəxs Cabbar Qurbanov bildirib.

O yazır ki, ƏSF-nin kreditlərin idarə olunması departmentinin problemli mreditlərlə iş idarəsinin rəisi Elnur Quliyevin imzası ilə yazılmış məktub alıb. “Məktubdan daha çox təhdid hesab oluna bilər. Məktuda 15.02.2010- cu ildə bankdan götürdüyüm kreditin ödənilməsində guya gecikmələrə yol verdiyimə görə 31 manat 49 qəpik cərimə pulu qaldığını və bunu 3 gün müddətində ödəməsəm işin məhkəməyə qədər gedib çıxacağını, əmlakıma həbs qoyula biləcəyini və hətta sonunda cinayət məsuliyyətinə cəlb oluna biləcəyimi bildirilir”.

Cabbar Qurbanov qeyd edir ki, Elnur Quliyevə 2 dəfə telefonda izah edib ki, 36 aya nəzərdə tutulmuş kredit öhdəliyini 30 ay müddətində ödəyib. “Əlimdə hal- hazırda borcun bağlanmasına dair bankın verdiyi arayış var. Ona bildirdim ki, istəyirsinizsə əməkdaşınızı göndərin arayışın surətini çıxarıb verim. Yaxud whats-app nömrəsi verin arayışın foto şəklini göndərim. Adam deyəsən dilimizi yaxşı anlamır. Götürüb mənə bu təhdit dolu rəsmi məktubu göndərib”.

Şikayətçi bildirir ki, məsələ ilə əlaqədar hüquqi addım atmağı qərarlaşdırıb. O deyib ki, ƏSF-nin hərəkəti heç bir qanuna sığmız və məsələni məhkəmə müstəvisində mübahisələndirmək niyyətindədir.

Lakin sonradan o da məlum olub ki, Cabbar Qurbanovun üzləşdiyi hadisə ilk deyilmiş. JAMAZ.İNFO xəbər verir ki, Səməd Məlikzadə adlı vətəndaş da analoji problemlə qarşılaşıb. O bildirir ki, ƏSF ona da belə bir məktub göndərərək, borcun bağlanmasına dair sənədi olduğu halda əlavə pul ödənilməsini tələb edib.

Hüquqşünas Murad Süleyman isə qeyd edilənlərlə bağlı bildirib ki, iddianı qaldıran ƏSF olduğu üçün, onlar sübut etməlidirlər. Bundan başqa, ƏSF vətəndaşın yaranmış kredit öhdəliyi üzrə borc çədvəlini təqdim etməlidir ki, qeyd olunan məbləğ nədən yaranıb. “Əgər sizə bank tərəfin borcunuzun olmaması barədə arayışı varsa, arayışın sürətini onların ünvanına göndərsəz kifayətdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.