Generalın “qara qutu”su sayılan polkovnikin oğlu HƏBS OLUNDU - BU İTTİHAMLA...

13-06-2024, 17:50           
Generalın “qara qutu”su sayılan polkovnikin oğlu HƏBS OLUNDU - BU İTTİHAMLA...
Quru Qoşunlarının sabiq komandanı, general-leytenant Ənvər Əfəndiyevin “qara qutusu” kimi tanınan Quru Qoşunlarının sabiq inspeksiya rəisi, polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərovla bağlı qərar verilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, sözügedən işə Bakı Hərbi Məhkəməsində baxılıb.

Belə ki, Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək müxtəlif hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verdiyinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarı ilə Rəşid Saleh oğlu Kələntərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 178.2.3 maddələri ilə təqsirli bilinərək məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rəşid Kələntərov 288 nömrəli hərbi hissənin zabiti olub.

Xatırladaq ki, Saleh Kələntərov ötən ilin yayında, Ənvər Əfəndiyev isə bu ilin yanvarında tutduqları vəzifələrdən azad olunaraq, istefaya göndəriliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru