Mehdiabad qəsəbəsində zibil problemi - FOTOLAR

10-07-2024, 12:17           
Mehdiabad qəsəbəsində zibil problemi - FOTOLAR
Abşeron rayonu Mehdiabad qəsəbəsində on gündür zibil yığılmır

Bu barədə AzFakt.com-a sakinlər məlumat verib.

Sakinlər bildirirlər ki, ölkədə yanacaq qiymətinin artımından sonra Mehdiabad qəsəbəsinin ancaq mərkəzi hissələrində yığılan zıbıllər daşınır. Mərkəzdən kənar küçələrdə isə zibillər on gündən artıqdır ki, üst-üstə qalaqlanıb.

Məlumatda vurğulanır ki, zibillərin daşınmamasına görə sakinlərin qapılarına, ağaclara asılmış zibil torbaları kəskin üfunət qoxuyur.

Qeyd edək ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində zibilləri "As-Təmizlik" MMC daşıyır.

Şirkətlə əlaqə saxlayaraq məsələyə mövqe öyrənə bilmədik.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru