Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində qəzaların sayı artmaqdadır.
Görünüt, bu yolun radara ehtiyacı var.
Sakinlər bildirirlər ki, ərazidə bugünədək 17 yol-nəqliyyat hadisəsi baş verib.
Onlar övladlarını məktəbə aparmaq üçün bu yoldan istifadə edəndə qorxu hissi keçirdiklərini deyirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, həmin kəndin ərazisində yol hərəkəti təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı üç yerdə piyada keçidi, iki yerdə isə işıqfor quraşdırılıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları baxış keçirdikdən sonra sürət radarının quraşdırılması təmin ediləcək.