İşçilərin: istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ya ümumxalq hüzn günü, şənbə və bazar günləri üçün görülən işə görə əmək haqqı necə və hansı qaydada ödənilməlidir?

11-07-2024, 13:35           
İşçilərin: istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ya ümumxalq hüzn günü, şənbə və bazar günləri üçün görülən işə görə əmək haqqı necə və hansı qaydada ödənilməlidir?
Əmək Məcəlləsi ilə bu əmək münasibəti nə qədər dəqiq vədüzgün tənzim olunsada hələ də bununla əlaqədar mübahisələr yaranır.
Bu barədə bizim Təşkilat tərəfindən müxtəlif izahatlar verilsə də, maarifləndirmə işləri aparılsa da, hələ də Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına edilən müraciətlər, çox hallarda isə şikayətlər də təsdiq edirki, əmək münasibətləriinin bu sahəsində hələ də mübahisələr, düzgün tədbiq edilməmələr və ya anlaşmalar mövcuddur. Bu mübahisələr əsasən 2 istiqamətdə yaranır:
1. Bir çox işçilər belə hesab edir ki: 5 günlük, 6 günlük və ya növbə üsulu iş rejimindən asılı olmayaraq: istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günü, iş günü hesab edilməyən şənbə və bazar günləri üçün görülən işə görə əmək haqqı - ikiqat məbləğdə ödənilməlidir.
Bununla əlaqədar bildirirəm ki: bu halda iş rejimindən asılı olaraq, müxtəlif ödəmələr mövcuddur. Belə ki:
İstirahət, səsvermə, iş günü hesabedilməyən bayram günləri və ümumxalq hüzn günü, eyni zamanda 5 günlük və ya 6 günlük iş rejimində iş günü hesab edilməyən şənbə və bazar günü işə çağırılan işçinin görülən işə görə əməkhaqqı - gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir.
Növbə üsulu ilə işləyən işçilərin şənbə və bazar günləri - növbə günlərinə düşərsə, bu zaman onların əmək haqqı ikiqat məbləğdə ödənilmir. Belə ki, bu rejimdə işləyən işçilər üçün növbə vaxtına düşən şənbə və bazar günləri istirahət və ya qeyri iş günü deyil, adi iş günləridir, o əsasdan da bu günlər üçün əmək haqqı adi qaydada və digər günlərdə olduğu iş günü kimi ödənilir.
Lakin, əgər növbə üsulu ilə işləyən işçilərdə bayram günləri - növbə vaxtıns düşərsə, növbə ərzində şənbə və ya bazar günləri ilə eyni günə düşərsə, bu zaman işçilərin əmək haqqı ikiqat məbləğdə ödənilir.
2. Tam olmasa, az da olsa müəssisələr var ki,
növbə üsulu ilə işləyən işçilərdə: istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününun - növbə günlərinə düşdüyü halda belə, növbə üsulunu bəhanə gətirərək, bu günlər üçün əmək haqqını ikiqat məbləğdə ödəmək istəmirlər.
3.Bununla əlaqədar bildirirəm ki, hər hansı bir bəhanə olmadan: istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü - növbə günlərinə düşərsə, bu zaman işçinin görülən işə görə həmin gün və ya günlər eçem əməkhaqqı - gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir.
4. Bu hallarda işçiyə əmək haqqı ikiqat məbləğdə ödənilmızsə, işçiyı əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, bu zaman hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
5. Bu hallarda işəgötürənlər, Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, məhdudlaşdırmağa, bu hüquqlardan sui-istifadə etməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, intizam, inzibati, cinayət məsuliyyəti daşıyırlar.
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.