Bu gün Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti I Milli Rəqabət Forumu təşkil edib.
12-07-2024, 08:44
17 ildən sonra qəbul edilməsi mümkün olan Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən dərhal sonra ilk dəfə olaraq belə bir tədbirin keçirilməsi xeyli əhəmiyyətlidir.
Antiinhisarın bu istiqamərtdə addımları, Fəaliyyət Planı hazırlaması, rəqəmsal həllər yaratması, maraqlı tərəfləri bir yerə toplaması, müzakirə üçün yeni bir platformanın – Forumun yaradılması təqdirəlayiqdir.
Forumda çıxış edənlər, panelçilər çox əhəmiyyətli və vacib məqamlara toxundular.
Amma çıxış edənlər daha çox konseptual məsələlərə toxunurdular.
Ölkənin rəqabət sektorunda baş verən konkret nümunələrə elə də diqqət yetirilmirdi.
Rəqabətli mühin formalaşmasında problemlər çoxdur. Qiymətlər xeyli qalxıb.
Məsələn, görünən odur ki, aparılan islahatlar nəticəsində taksi sektoru hələlik rəqabətli mühitdən rəqabətsiz mühitə keçib. Qiymətlər qalxıb, keyfiyyət də hələlik dəyişməyib. Xeyli sayda taksi sürücüləri işsiz vəziyyəıtə düşüb. Vəziyyət düzələcəkmi?
Digər bir nümunə, yeni tikilən binalarda provayderlər tərəfindən də yeni inhisarçı sahə, "bir bina bir provayderindir " prinsipi ilə haqsız rəqabət mühiti yaranıb və Antiinhisar bu istiqmaətdə hələlik nəsə edə bilməyib.
Bu tip suallarıma Forumda elə də ağlabatan cavablar ala bilmədim.
Dedilər ki yaxşı olacaq
Ümid edirəm Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hələlik müstəqil olmasa da inhisarçılara və haqsız rəqabətə qarşı vuruşmanı gücləndirəcək, 2-ci Milli Forumda daha konkret işlərlə hesabat təqdim edəcək.
Osman Gunduz
TEREF