Azərbaycanın rəsmi qurumları uşaqları təziyə məclislərinə aparmamağı tövsiyə edir

12-07-2024, 00:17           
Azərbaycanın rəsmi qurumları uşaqları təziyə məclislərinə aparmamağı tövsiyə edir
Azərbaycan Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi valideynlərə müraciət edərək uşaqları dini mərasimlərə gətirməməyi tövsiyə edib.

Müraciətdə deyilir ki, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir.

Bundan əlavə məlumatda qeyd edilir ki, bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur.

“Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar", müraciətdə qeyd edilir.

Bütün mərasimlər zamanı, o cümlədən iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür.

Aşura Məhərrəm ayının 10-cu gününə təsadüf edir və müasir İraqda Kərbəla döyüşü zamanı Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin 7-ci əsrdə öldürülməsinin xatirəsinə həsr olunur. Dünyanın hər yerində şiə müsəlmanlar İmam Hüseynin ölümünü ədalətsizliyə qarşı mübarizənin simvolu hesab edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.