Rusiya benzin ixracına qoyulan məhdudiyyətləri ilin sonuna qədər uzadıb

15-08-2024, 15:14           
Rusiya benzin ixracına qoyulan məhdudiyyətləri ilin sonuna qədər uzadıb
Rusiya benzin ixracına qoyulan məhdudiyyətləri ilin sonuna qədər uzatdığını açıqlayıb.
Rusiya hökumətinin yazılı bəyanatında bəzi neft emalı zavodlarında planlı təmir işlərinin aparıldığı və buna görə də daxili bazarda tarazlığın qorunması məqsədilə benzinin ixracına qoyulan məhdudiyyətlərin dekabrın 31-dək uzadıldığı bildirilib.

Açıqlamada, xarici hökumətlərlə edilən razılaşmalar çərçivəsində edilən benzin ixracının məhdudiyyətlərdən azad olduğu vurğulanıb.

Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusən də kənd təsərrüfatı sektorunda artan tələbat səbəbindən benzinin qiymətində artım olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru