Məşhur şirkət çökür? - Azərbaycanda məşhur şirkətlər qrupundan milyonlarla manat geri çəkildi

15-08-2024, 10:05           
Məşhur şirkət çökür? - Azərbaycanda məşhur şirkətlər qrupundan milyonlarla manat geri çəkildi
Azərbaycanda tikinti şirkətlərinə və yanacaq doldurma məntəqələrinə sahib olan "MSDIS HOLDING" MMC nizamnamə kapitalını kəskin azaldır.

İqtisadiyyat.az-ın xəbərinə görə, şirkətlər qrupunun İdarə Heyətinin yığıncağında bununla bağlı qərar verib.

Qərara əsasən, cəmiyyətin nizamnamə kapitalı hər səhmin nominal dəyərinin azaldılması yolu ilə 2 572 000 (iki milyon beş yüz yetmiş iki min) manatdan azaldılaraq 500 manat olub.

Qeyd edilib ki, kreditorların yazılı tələbləri bir ay müddətində MMC-nin yerləşdiyi ünvanda qəbul olunur.

Xatırladaq ki, "MSDIS Holding" inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsal müəssisəsinə, "MS Kabel" kabel istehsalı müəssisəsinə, "MS Asfalt" asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisəsinə, “MS Laminat”şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru